Minimalizm: Nə qədər az, bir o qədər çox

Minimalizm 1960-cı illərdə müasir incəsənət və musiqidə ortaya çıxmış bir üslubdur. Bu üslubda sadəlik və obyektivlik ön plandadır. Bu fəlsəfə ümumi olaraq sadələşdirmək və sadəlik anlayışı ilə birlikdə formalaşıb. Minimalizmdəki sadəlik artıq əşyalardan, düşüncə yükündən, insanlardan, asılılıqlardan, qısacası maddi və mənəvi bütün artıq şeylərdən yaxanızı qurtarmaq deməkdir.

Başlıca olaraq bir sənət üslubu olaraq ortaya çıxan minimalizm, bu günün sevilən həyat tərzlərindən biri olmuşdur. Bu həyat fəlsəfəsi, məqsədyönlü bir həyat sürməyimizə imkan verməklə yanaşı, bizi müasirləşən dünyanın və əlçatmaz dəbdəbənin içində boğulmaqdan xilas edir. Qısacası minimalizm xoşbəxtliyi və azadlığı tapmağımıza, həyatın ağır yükündən canımızı qurtarmağımıza və daha önəmli məqsədlərə addımlamağımıza yol açan bir həyat tərzidir.

Minimalist olmaq

Minimalist olmaq, heç bir şeyə sahib olmamaq mənasını daşımır. Sadəcə bizə lazım olanlara sahib olmağımız deməkdir. Bunun təməlində iki vəziyyətdən söhbət gedir. Belə ki, ilk olaraq cisimlərə bağlı olmaqdan yaxamızı qurtarmaq lazımdır. Bu halda, özümüzü həyatımızın mərkəzində fərz etməliyik. Digəri isə zehni proseslər. Müxtəlif yollarla zehnimizi rahatlatmaq da minimalist bir hərəkətdir. Sözsüz ki, sosial həyatımıza əl gəzdirərək, yenə də zehni prosesi yaxşılaşdıra bilərik.

Nə edə bilərəm?

  • Real ehtiyaclarınızı ölçüb-biçərək işə başlayın.
  • Tərzinizi və ehtiyaclarınızı müəyyənləşdirin.
  • Daha az amma yaxşıya malik olun.
  • Həyatda hər şeydən tam məsul deyilsiniz.
  • Hobbiləriniz üçün gərginlik keçirməyin.
  • Dilinizin uzunluğundan canınızı qurtarın.
  • Zamanı necə və nəyə xərcləyəcəyinizi düşünün.
  • Sadəcə evinizdəki əşyalardan deyil, beyninizdəki artıq yükdən də qurtulun.
  • Özünüzlə baş-başa vaxt keçirməkdən zövq alın.
  • Texnologiya ilə aranızda tətillər elan edin.
  • “Mükəmməl bu deyil” axtarışına çıxmayın.
  • Sahib olduğunuz şeylərin də bir sərvət olduğunu qəbul edin.

“DAHA AZ, DAHA ÇOX”

  • Daha az qarışıqlıq, daha çox yer
  • Daha az gərginlik, daha çox rahatlıq
  • Daha az zibil, daha çox təmizlik
  • Daha az maneə, daha çox azadlıq
  • Daha az borc, daha çox tədarük
  • Daha az peşimanlıq, daha çox təqdir
  • Daha az kəmiyyət, daha çox keyfiyyət
  • Daha az məşğuliyyət, daha çox əyləncə
  • Daha az iqtidarsızlıq, daha çox məna və məqsəd
  • Daha az ümid, daha çox qətiyyət

Önəmli olan odur ki, həyatda ən çox şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac hiss etməkdir.
Platon

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Lorem ipsum dolor sit amet, consetetur sadipscing elitr, sed diam nonumy eirmod tempor invidunt ut labore et dolore magna aliquyam erat, sed diam voluptua. At vero eos et accusam.

Social Profiles

Facebook