20 il sonra həyatımız necə dəyişəcək?!

20 il sonra həyatımız necə dəyişəcək?!

“17 minutes Languages” dil proqramı şirkətinin CEO-su Udo Gollub önümüzdəki 20 il ərzində bizi nələrin gözlədiyini maddə-maddə sıralamışdır. Bəziləri həqiqətən də maraqlı olsa da, bəzi ehtimallar insanın tüklərini biz-biz edir.

20 il sonra həyatımız necə dəyişəcək?!

  • Proqramlaşdırma gələcək 5-10 il ərzində bir çox ənənəvi sənaye sektorunu yox edəcək.
  • UBER əslində sadəcə bir proqramdır, avtomobilləri yoxdur və bu gün dünyanın ən böyük taksi xidməti göstərən şirkətidir.
  • AIRBNB dünyanın ən böyük otel şirkətlərindən biri olsa da heç bir mülkü yoxdur.
  • Süni intellekt – Maşınlar günü-gündən daha çox insana bəzəmək və onları əvəz etməyi bacarırlar. Bu il bir kompüter dünyanın ən güclü Go oyunçusunu məğlub etdi və bu gözləndiyindən 10 il daha tez baş verdi.
  • Amerikada gənc vəkillər iş tapa bilmir. IBM Watson sayəsində saniyələr ərzində 90% dəqiqliklə hüquqi məsləhət ala bilirsiniz. Bu hələlik ümumi məsləhətlər olsa da, həmin məsləhəti hüquq bürolarında bu qədər dəqiqliklə ala bilmirsiniz. (70%)
  • Əgər hüquqşünas olmağı düşünürsünüzsə, bir daha düşünün. Gələcəkdə bu sektor 90% zəifləyəcək və sadəcə bu proqramdan üstün olanlar fərqlənə biləcək.
  • Watson tibb işçilərinə xərçəngə diaqnoz qoymaq üçün kömək edir, kömək almayan bir tibb işçisinə nəzərən burada dəqiqlik 4 qatdır. Facebook-un patern xatırlama sistemi fotolardakı üzləri normal insanlardan daha güclü xatırlayır. 2030-cu ildə maşınlar insanlardan daha ağıllı olacaq.
  • Özünü idarə edən avtomobillər – 2018-ci ildən etibarən bu avtomobillər ortaya çıxarıldı. 2020-ci ilə qədər bu sektor da alt-üst olacaq. Avtomoniliniz olmasını istəməyəcəksiniz. Çox yaxın gələcəkdə telefonla müxtəlif avtomobilləri seçməklə olduğunuz yerdən istədiyiniz yerə gedəcəksiniz. Parking, usta, benzin dərdiniz olmayacaq və yolda vaxtınızı daha səmərəli istifadə edəcəksiniz. Gələcək nəslin sürücülük vəsiqəsi almağına ehtiyac olmayacaq.
  • Bu sözsüz ki, dünyanı da dəyişdirəcək. Çox az avtomobil ehtiyacı olacaq. Bu da ətraf mühitə müsbət təsir göstərəcək. Dünyada hər il milyonlarla insan avtomobil qəzasında həyatını itirir. Hazırda hər 100,000 km-də bir avtomobil qəzaya uğrayır, özünü idarə edən avtomobillər üçün bu 10 milyon kilometrdə bir baş verəcək.
  • Sözsüz ki, bu yeniliklərlə ayaqlaşa bilməyən bir çox avtomobil zavodu iflasa uğrayacaq. Bəlkə də heç tanımadığımız markalar meydana gələcək.
  • Volkswagen və Audi mühəndisləri Tesla-dan artıq nümunə götürməyi məsləhət görür.
  • Sığorta şirkətləri sözsüz ki, böyük maliyyə sıxıntıları ilə qarşılaşacaq. Avtomobil sığortası yox dərəcəsində olacaq.
  • Əmlak sektoru da dəyişəcək. Yollarda itirdiyiniz vaxtı daha səmərəli istifadə edə bilməniz sizi bir şəhərdə məskunlaşmaq fikrindən daşındıracaq.
  • 2020-ci il elektrik avtomobillərinin trend ili olacaq. Şəhərlər daha sakit olacaq. Alternativ enerji sektorunda addım atan ölkələr bunun bəhrəsini qarşıdakı illərdə daha çox görəcəklər.
  • Ötən illərdə dünya ilə yanaşı ölkəmizdə də alternativ enerjilərə marağın artdığı müşahidə olunmuşdur. Ənənəvi enerji şirkətləri nə qədər cəhd etsələr də bu trendə mane ola bilməyəcəklər.
  • Ucuz elektriklə birlikdə təmiz və bol su əldə etmiş olacağıq. Duzlu suyun sənaye üçün yararlı hala gətirilməsi çox ucuzlaşacaq. Bu da içməli su qaynaqlarının daha düzgün istifadəsinə gətirib çıxaracaq.
  • Sağlamlıq – Tricorder X-ın qiymətləri artıq açıqlanıb. Bir çox tibb avadanlıqları istehsal edən zavodlar telefonda izləyə biləcəyiniz, göz, qan və nəfəs yoluyla analiz eləyə bilən cihazlar istehsal edəcəkdir.
  • 54 bioloji dəyəri analiz edə biləcək və təxminən bütün xəstəlikləri diaqnoz edə bir cihazdan söhbət gedir. Dəyəri ucuz bir şəkildə müayinə etməklə insanlar bir çox xəstəliklərdən xilas olacaq.
  • 3D printer – 10 il ərzində dəyəri 20,000 dollardan 400 dollara düşən bu printerlər həm də bu müddətdə daha sürətli və daha dəqiq nəticələr ortaya çıxartdı. Böyük ayaqqabı istehsalçıları artıq bu metodla ayaqqabı istehsalına belə başladı.
  • Hətta hal-hazırda bəzi təyyarə ehtiyat hissələri belə bu qaydada istehsal olunur. Kosmik stansiyalarda belə bu maşınlara etibar olunur.
  • Ağıllı telefonlar artıq 3D təsvir çıxartma imkanlarını istifadəyə verməyə hazırlaşır. Beləcə ayaqlarınızı telefonunuzla 3D təsvirə çevirməklə evdə özünüzə ayaqqabı belə hazırlayacağınız dövran gəlir.
  • Çində 3D printerlərlə 6 mərtəbəli bir ofis binasını inşa etdilər. 2027-ci ildə istehsal olunacaq məhsulların 10%-i bu metodla ərsəyə gələcəkdir.
  • Başlamaq istədiyiniz biznesi başlamazdan öncə məhz bunu düşünməyinizi məsləhət görürük. Biznes ideyanız bu qədər yaxın gələcəkdə bu yeniliklərlə ayaqlaşa biləcəkmi?
  • İndiki zamanda sənət və ya ixtisas sayılan sektorların 70-80%-i bu gedişlə yox olacaq. Sözsüz ki, bir çox yeni sahələr meydana gələcək, lakin, qısa zamanda insanlar buna yetişə biləcəkmi, bilinmir.
  • Təsərrüfat – Gələcəkdə fermeri əvəz edə biləcək təsərrüfat robotları ortaya çıxacaq. Sözsüz ki, bu daha məhsuldar olmaq şansını arıtırır.
  • Hal-hazırda Moodies adlı mobil tətbiq sizin hansı psixoloji vəziyyətdə olduğunuzu təxmin edə bilir. 2020-ci ildə üz ifadələri ilə yalan söyləndiyini təyin etmək bir o qədər çətin olmayacaq. Bu da başda siyasət olmaqla bir çox bənzər sahələrdə xaos yaradacaq.
  • Rəqəmsal valyutanın dövrü hələ qabaqdadır. Hal-hazırda nəzarətsiz irəliləyən bu sektor gələcəkdə bir çox dövlətlərin gözlənilməz üstünlük əldə etməsinə gətirib çıxara bilər.
  • Hal-hazırda insan ömrü normal şərtlərdə hər il 3 ay daha uzanır. Keçmişdə 79 il qəbul olunan insan ömrünün artıq ortalama 80 il olduğu qəbul olunur. Bu minvalla 2036-cı ildə ortalama insan ömrü bir ildə 12 aydan daha artıq uzana bilər.
  • Təhsil – Ən ucuz ağıllı telefonlar Afrika və Asiyada 10 dollardan başlayır. 2020-ci ildə insanların 70%-nin ağıllı telefonu olacaq. Bu da insanların əvvəlkindən daha çox informasiya ala biləcəyinə gətirib çıxaracaq.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Lorem ipsum dolor sit amet, consetetur sadipscing elitr, sed diam nonumy eirmod tempor invidunt ut labore et dolore magna aliquyam erat, sed diam voluptua. At vero eos et accusam.

Social Profiles

Facebook